Azərbaycan Texniki Universitetində (AzTU) "Cadenza" orkestrinin konserti keçirilib. Konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib.
AzEdu.az xəbər verir ki, konsertin sonunda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev ifaçılara və təşkilatçılara təşəkkür edib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün belə tədbirlərin mütəmadi təşkil olunmasının zəruriliyini bildirib.