https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 14:29:00
Heydər Əliyev irsini öyrədən dərslər davam edir 

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər davam edir.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 168 nömrəli tam orta məktəbdə təşkil olunan dərsdə Pirallahı rayonu üzrə ümumi təhsil məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz    xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Məktəbin direktoru Elnur Bayramov bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.

 

Bakı şəhəri 231 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Alyarova - “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz ” mövzusunda məruzə ilə çıxış edib, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.