Şamaxıdan olan və ali məktəbə qəbula hazırlaşan bir qrup gənc Bakı Dövlət Universitetinə (BDU) ekskursiya edib.
AzEdu.az xəbər verir ki, həmin gənclər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Hüquq, Mexanika-riyaziyyat, Coğrafiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri ilə tanış olublar. Fakültələrin laboratoriya, təcrübə və dərs otaqları ilə tanış olan gənclərə BDU-dakı ixtisaslar barədə məlumat verilib.
Gənclər Coğrafiya fakültəsində eksponat kimi saxlanılan Azərbaycanın ən böyük qlobusuna baxıb, sonra BDU-nun Təkamül təlimi, Faydalı qazıntılar muzeyləri, “Kod Academy” otaqlarında olublar.
Ekskursiya BDU-nun qarşısında xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.