Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 10:02:00
Ötən ilin məzunları buraxılış imtahanında iştirak etməyə bilər? - CAVAB

Məlum olduğu kimi, qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri iki il qüvvədə qalır və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

 

Bəs ötən il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər bu il buraxılış imtahanında iştirak etmədən birbaşa blok imtahanında iştirak edə bilər?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, 2022-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər.

 

İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur.

 

Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçim etməlidir.