Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova Türkiyənin Antalya şəhərində noyabrın 1-dən 4-dək keçiriləcək “Birinci Avrasiya ekoloji kimya konqresi”(1stEurasia Environmental Chemistry Congress) mövzusunda beynəlxalq konfransın elm komitəsinə üzv seçilib.
BDU-dan AzEdu.az-a bildiriblər ki, “Kimya və ətraf mühit“ istiqamətində keçiriləcək konfransa 43 dövlətin qatılacağı gözlənilir. Tədbirdə E.Qədirova ölkəmizi təmsil edəcək.