Azedu.az

UNEC-dən daha bir əməkdaşlıq

Ali təhsil

1 Mart 2023, 13:22
UNEC-dən daha bir əməkdaşlıq

UNEC ilə Kipr Türk Cümhuriyyətinin Final Beynəlxalq Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.

 

AzEdu.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Final Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Dos. Sualp Davut UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olub.

 

BMDM-in kollektivi ilə görüşdə tərəflər arasında təmsil etdikləri universitetin fəaliyyəti, təlim-tədris prosesi, magistratura və doktorantura proqramları barədə məlumat mübadiləsi aparılıb. Həmçinin Final Beynəlxalq Universitetinin professorlarının UNEC-in magistrantlarına elmi rəhbərlik etməsi, universitetlər arasında birgə konfrans, vorkşop və seminarların təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox