Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 12:44:00
Müəllimlərin maaşına edilən artım niyə verilmədi? - Rəsmi CAVAB

Büdcədən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.

 

Dünəndən etibarən ölkə üzrə bəzi regionlarda müəllimlərin maaşı öz hesablarına köçürülür və proses bu həftə davam edəcək.

 

Amma bəzi regionlarda fəaliyyət göstərən müəllimlər sosial şəbəkələrdə bildirilər ki, əməkhaqlarında artım olmayıb. Yəni maaşlar hesaba artımla köçməyib.

 

AzEdu.az bu məsələyə aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinə mürəciət edib.

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqlarına edilən artımla bağlı məsələlərin həlli ölkə Prezidentinin 23 fevral tarixli sərəncamı ilə Nazirlər Kabinetinə tapşırılıb. Bütün regionlar üzrə müəllimlərin maaşlarına artımların edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. 
 

Müəllimlər bir qədər gözləməlidirlər, belə ki, maaşlara ediləcək artımların növbəti ayda verilməsi nəzərdə tutulur.