Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-15 20:12:05
Bu universitetimizin tələbələri dünyanın məşhur şirkətinə göndəriləcək

Martın 15-də Böyük Britaniyanın “PD&MS Eneergy” şirkətinin nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovla görüşüblər.

Universitetin mətbuat xidmətindən AzEDU.az-a verilən məlumata görə, görüşdə “PD&MS Eneergy” şirkəti haqqında ətraflı məlumat verib. “PD&MS Eneergy” şirkətinin Azərbaycan üzrə ofisinin meneceri Kevin Peake qeyd edib ki, şirkətdə işçilər dizayn, tikinti, sertifikatlaşdırma ilə bağlı mühəndis vəzifələrini yerinə yetirirlər. Əsasən boru, konstruksiya və elektrik üzrə mühəndis kadrlara ehtiyacı olan şirkət namizədlərdən kollektivdə işləmək, diqqəti keyfiyyətə yönəltmək, təşkilatçılıq, ingilis dilində yüksək səviyyədə yazmaq və danışmaq bacarığı tələb edir. İşə qəbul olunan mühəndislər birbaşa idarəetmə vəzifəsində çalışırlar.

Kevin Peake bildirib ki, aprel ayında Böyük Britaniyanın Mühəndislik Universitetinin nümayəndələri də Azərbaycana gələrək AzTU ilə daha yaxından tanış olmaq niyyətindədirlər.

Böyük Britaniyanın Mühəndislik Universitetinin əməkdaşlıq niyyətindən məmnunluğunu bildirən Xalıq Yahudov ilkin olaraq AzTU-da magistratura səviyyəsində təhsil alan bir neçə tələbənin “PD&MS Eneergy” şirkətinə göndəriləcəyini deyib. Rektor əvəzi qeyd edib ki, iki ölkə arasında davamlı olaraq inkişaf edən siyasi-iqtisadi əlaqələr AzTU-ya Böyük Britaniya universitetləri və şirkətləri ilə əməkdaşlığa əlverişli şərait yaradır. Xalıq Yahudov AzTU-dan “PD&MS Eneergy” şirkətinə göndərilən məzunların göstərilən etimadı doğruldacağına və bunun gələcəkdə daha geniş əməkdaşlığa zəmin yaradacağına əminliyini ifadə edib.