Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 16:08:00
Tələbələrin diqqətinə: İsveçrədə təqaüdlü təhsil imkanı

UNEC ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi (ARC) fransız dilli UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir. 

 

AzEdu.az xəbər verir ki, Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir və mübadilə proqramı fransız dilində B1 danışıq səviyyəsinə malik olan UNEC tələbələri üçün nəzərdə tutulub. Mübadilə 2023-cü ilin payız semestri üçün nəzərdə tutulub.

 

Payız semestri üçün sənəd qəbulu martın sonundan sonra baş tutacaq.

 

Mübadilədə iştirak etmək üçün tələblər:

Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr (əsasən 3-cü kurs bakalavriat, 1-ci kurs magistratura səviyyəsində təhsil alan UNEC tələbələri) 

Tələb olunan sənədlər:

  • CV 
  • Motivasiya məktubu (Bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Transkript (70-dən yuxarı ÜOMG)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı)

 UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır: 

  • 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd; 
  • Tibbi sığorta; 
  • 1 ay intensiv fransız dili kursları; 
  • Pulsuz nəqliyyat keçidi; 
  • İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Sənəd qəbulu martın sonundan sonra həyata keçiriləcək.