Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 11:21:00
  "İlin Gənc Müəllimi-2022" sorğu-müsabiqəsinə start verildi

AzEdu.az xəbər verir ki,  müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi və  AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Artıq qeyd etdiyimiz kimi, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Məlumat üçün bildiririk ki, beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  sorğu-müsabiqəsi 3 turda həyata keçirilir. Birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırıb.

 

Onu da qeyd edək ki, təşkilatçılar çoxsaylı müraciətləri nəzərə alaraq sorğuda iştirak üçün 35 yaşa qədər qoyulan limiti ləğv ediblər. Əlbəttə bu şərtlə ki, yüksək göstəriciləri nəzərə almaqla 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı tanınıb.

 

 Müsabiqədə həm dövlət, həm də özəl orta təhsil müəssisələrində müəllim işləyən şəxslər iştirak edir. Staj məhdudiyyəti isə yoxdur.

 

 Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi - TOP-10-luğu sorğuya daxil etmişik.

 

Diqqətinizə çatdırırıq ki, sıralama tam şərtidir. 100 ballıq qiymətləndirmə şkalasında onlayn səsvermə maksimum 20 bal olaraq dəyərləndiriləcək. Nəticəyə təsir edən böyük göstərici – 80 bal isə tamamilə yenilənən münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Sizləri sorğuda fəal iştirak etməklə müəllimlərimizin intellekt və əməyini obyektiv qiymətləndirməyə dəvət edirik. Xatırladırıq ki, sorğunun qalibi bir müəllim seçiləcək.

Sorğu 1 fevral 2023-cü ildən 2 mart 2023-cü il saat 00.00-dək davam edəcək.