Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 10:42:00
Abituriyentlərin diqqətinə-Sınaq imtahanlarında bu tapşırıqlardan istifadə ediləcək

 

Dövlət İmtahan Mərkəzi fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. Hazırda abituriyentləri maraqlandıran suallardan biri də sınaq imtahanında hansı mövzuların düşəcəyidir.

 

AzEdu.az xəbər verir ki, sınaq  imtahanında yanvar ayının sonunadək tədris olunan mövzulara aid tapşırıqlardan istifadə olunacaq.

 

Qeyd edək ki, sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-da başa çatacaq. Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.