Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 16:38:00
Gənc alimdən təsirli müraciət – Maddi səbəbdən ABŞ universitetinə getmədi  

 

“Azərbaycan universitetlərində fəaliyyət göstərən tədqiqatçıların xaricdə aparacağı tədqiqatlarının maliyyələşdərilməsində əskiklik var”

 

AzEdu.az- xəbər verir ki, bu barədə  siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev özünün feysbuk hesabında yazdığı müraciət xarakterli statusunda  deyib.

 

Gənc alim tanınmış ABŞ universitetlərinin birindən 6 aylıq tədqiqat proqramı üzrə dəvət alsa da, maddi imkansızlıq səbəbindən gedə bilməyib: 

 

“Mən Boston Universitetinin professorlarından Liah Greenfeldlə 6 aylıq qonaq tədqiqatçı kimi çalışmaq üçün qəbul almışam. Lakin bu cür tədqiqat prosesinin dəstəklənməsinə dair mexanizm olmaması mənim üçün problem yaradır. Sadə dillə desək maliyyə məsələsi yəni ABŞ-a səfər, orda qalmaq kimi xərclər üzündən bu cür imkandan imtina etməli olacam. Ermənilər təkcə dünyanın qabaqcıl universitetlərində təhsil almırlar, həm də alimləri individual olaraq çalışırlar. Bu statusu yazmaqda məqsədim həm də sizlərdən hansısa bilmədiyim mexanizm haqqında məlumatım yoxdursa tövsiyyə almaqdı.

 

Son zamanlar dövlət elmin inkişafına, elmi-metrik bazalarda Azərbaycanın göstəricilərinin artırılmasına, Azərbaycan universitetlərinin beynəlxalq rəqabətliyinin artırılmasına xüsusi diqqət yetirir. Buna misal “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı göstərmək olar. Buna müvafiq olaraq həm xaricdə təhsilə həm də daxildə tədqiqatçı anlayışına olan yanaşmada dəyişiklik edilmişdir”.

 

O.Vəliyev  tədqiqatlarda hələ də çatışmamazlıqlar olduğunu qeyd edib:

 

“Ancaq tədqiqat məsələsinə dair yanaşmada hələ də əksiklik olduğu aşikardır. Xüsusi ilə Azərbaycan universitetlərində fəaliyyət göstərən tədqiqatçıların xaricdə aparacağı tədqiqatlarının maliyyələşdərilməsində əksiklik var. Elmi tədqiqatların aparılmasında Qazaxıstan, son illərdə Özbəkistan, hətta Cənubi Qafqazdakı qonşu dövlətlərdən də geridə qaldığımız məlum olur. Bir halda ki, Azərbaycanın dünya səviyyəsində akademik göstəricələrinin inkişafına dair strategiya qəbul edilib, tədqiqatçıların xaricdə aparacağı araşdırmaların dəstəklənməsinə təkrar baxılmaqda fayda vardır.”