Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 13:47:00
"Bu hal təhsilin məhv edilməsi deməkdir”-İrad və təklif

“Təhsildən məlumatı olmayan bir şəxsin təhsil menecmenti olması təhsilin məhv edilməsi deməkdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, ADPU-nun dosenti İlham Əhmədov deyib:

 

İ.Əhmədov təhsil menecmentləri və onlardan gələn şikayətlər haqqında fikirlərini bölüşüb.


“Təhsil menecmenti ixtisasının ali təhsil müəssilərində tədrisi zamanı əsas fənlər pedaqoji fənlər olmalıdır – pedaqogika, psixologiya, təlim nəzəriyyəsi və s. Bakalavr və magistr ixtisaslarından biri pedaqoji, digəri menecment olmalıdır. Başqa bir yol isə hər iki mərhələdə pedaqoq kimi təhsil alıb, əlavə menecment üzrə kurslarda iştirak edib, sertifikatlarla təmin olunsun. Çünki təhsil meneceri müəllimlər, valideynlər və uşaqlarla işləyəcək. Təhsildən məlumatı olmayan bir şəxsin təhsil menecmenti olması təhsilin məhv edilməsi deməkdir”.


İlham Əhmədov əməkdaş seçimlərinin təhsil səviyyəsinə təsir göstərdiyini qeyd edib:


“Bütün məktəb direktorlarının pedaqoji təhsili, stajı olmalıdır,onlar direktor olaraq seçilmədən öncə 3-6 aylıq idarəetmə kursu keçməlidir. Eyniylə Regional Təhsil İdarələrinə, Elm və Təhsil Nazirliyinə menecer seçimi zamanı həm təhsil, həm idarəetmə, həm də menecment təhsili olan şəxslər götürülməlidir. Son 10 il ərzində Elm və Təhsil Nazirliyinin fəaliyyətinə baxsaq, görərik ki, səviyyəsi xeyli enib. Təhsillə, metodikalarla, dərsliklərlə, təhsilin məzmunu, texnologiyalarla bağlı fikir bildirə bilmirlər”.

 

Pedaqoq gələn şikayətlərin əsas səbəblərinə də toxunub:


“Əsas şikayətlər məktəblərdən, valideynlərdən gəlir. Çünki əsasən pedaqoji heyətlə əlaqə qurulur, valideynlərlə ünsiyyət az olur. Bu şikayətlərin səbəbi pedaqoji mühiti, iş sistemi ilə tanış olmamalarıdır.


Başa düşməlidirlər ki, həyatda az da olsa uğura nail olunubsa, bu müəllimlərin sayəsindədir. Ümumən müəllimlərin dəyərini bilməyən bir insanin təhsil menecmenti işləməsi düzgün deyil”-deyə o bildirib.

 

İlahə İlyas