Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 13:36:00
Emin Əmrullayev nazirlik yanında agentliklərin funksiyalarına aydınlıq gətirib

“5 ildən sonra biz müəllimlərin daha başqa bacarıqlarını yoxlamağa yönələcəyik. Bu 5 ildə isə biz sertifikasiyanı bitirməyə çalışacağıq. Ancaq sonra proses dayanmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

 

Nazir bildirib ki, artıq Prezidentin fərmanı ilə nazirliyin tabeliyində müvafiq agentliklər yaradılıb: “Bu agentliklər idarəetməyə yönələcək, nazirlik isə prosesin təftişinə nəzarət edəcək. Təftişdən çıxan nəticələr ictimaiyyətə təqdim olunacaq. İctimaiyyətdə keyfiyyət mədəniyyəti formalaşmalıdır. Əgər bir şey keyfiyyətsizdirsə, ona güzəşt etmək lazım deyil”.

 

Apa.az