![](https://azedu.az/uploads/news/2018/03/AMEA_-_elmler.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, iclasda ilk olaraq AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun “Riyaziyyatın bəzi müasir tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası haqqında hesabat dinlənilib. Deyilib ki, hesabat ilində ehtiyacı olan əməkdaşlar üçün inşa edilmiş binada 61 mənzil akademiyanın yataqxanasında yaşayan əməkdaşlara təhvil verilib.
Rəyasət Heyəti sadalanan və qeyd olunan digər məsələləri nəzərə alaraq Ümumi yığıncağın qərarının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib.
İclasda AMEA-da 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan edilib. Rəyasət Heyəti AMEA və Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında sənədi də müzakirə edərək təsdiq edib.
İclasda akademiklər Vahab Əliyev və Əlisöhbət Sumbatzadənin 110, Cəlal Əliyev və Vahid Hacıyevin 90 illik yubileylərinin qeyd olunması, həyat və yaradıcılığına həsr olunan tədbirlərin keçirilməsi qərara alınıb.
Rəyasət Heyəti AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin ictimai elmlərin inkişafındakı fəaliyyətini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, alimin yubileyinə həsr olunan elmi sessiyanın keçirilməsi barədə qərar verib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)