Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 11:00:00
Elmi-Tədqiqat İnstitutunun 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Dekabrın 6-7 tarixində “Xəzərneftqazyataq - 2022” Beynəlxalq Elmi – Təcrübi Konfrans keçirilib. Neft sənayesi sahəsinin inkişafının təkmilləşdirilməsi məsələlərinin həllini özündə əks etdirən Beynəlxalq “Xəzərneftqazyataq - 2022” Elmi-Təcrübi Konfrans iki ildən bir keçirilməklə növbəti və ənənəvi olsa da, bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində “Neftin, Qazin Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun (ETİ) 30 illik yubileyinə həsr olunub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən konfrans iki bölmə üzrə keçirilib. Birinci bölmədə geologiya, qazma, neftçıxarma və neftin-qazın nəqli, ikinci bölmədə isə neft sənayesində ekoloji problemlərin həlli və neft kimyası məsələləri üzrə məruzələr dinlənilib. Həm onlayn, həm də oflayn formatda keçirilən konfransa dünyanın bir çox ölkəsindən, o cümlədən Rusiya Federasiyasından, Böyük Britaniyadan, Qazaxstandan və digər ölkələrdəbn nümayəndələr qatılıblar.

 

Konfransa ümumilikdə birinci bölmə üzrə 41, ikinci bölmədə isə 36 məqalə və tezis təqdim olunub.