Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 09:52:00
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə qeydiyyat aparılır

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir ki,imtahanların 18 dekabr  2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2022-ci il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanları keçiriləcək.

 

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

 

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanı

İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin dekabrın 18-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 6 dekabr saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 18 dekabr saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.

 

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 6 dekabr saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 15 dekabr saat 11:00-dək həyata keçiriləcək.