Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 09:39:00
ADNSU-da qida məhsullarının sərgisi keçirilib  

Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Kimya texnologiya fakültəsinin (KTF) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnlogiyası” kafedrasının təşkilatçılığı ilə qida təhlükəsizliyi ilə bağlı qida məhsullarının sərgisi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Təcrübədən nəzəriyyəyə” adlı sərgidə “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələblərdən ibarət 10 komanın hazırladıqları məhsullar iştirakçilara təqdim olunub. Sərgidə ADNSU-nun rektoru, professor Mustafa Babanlı komandalarla və onların hazırladıqları qida məhsulları ilə tanış olub.

 

ADNSU-da belə bir qida sərgisinin ilk dəfə keçirildiyini deyən rektor, professor M.Babanlı kafedranın və tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib. Qida təhlükəsizliyinin hər zaman aktual olduğunu bildirən rektor M.Babanlı universitetdə bundan sonra da qida təhlükəsizliyi ilə bağlı tədbirlərin və bu cür sərgilərin keçirilməsinə dəstək veriləcəyini bildirib.

 

Sonda “Qida mühəndisliyi”ndə təhsil alan tələbələrin hazırladıqları məhsulların dequstasiyası keçirilib. Ümumilikdə sərgi ziyarətçilər tərəfindən yüksək maraqla qarışlanıb.