Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 11:22:00
Müəllimlərin yerdəyişməsi ilə bağlı ən vacib tələb – Bu şərtsiz olmaz

 

“Yerdəyişmədə minimum tələb 30 bal, yəni 50%-dir. Yəni 50%-dən yüksək nəticə göstərən müəllimlər öz iş yerlərini qarşılıqlı formada dəyişə bilirlər. Hər hansı fərqli bir keçid balının tətbiqi nəzərdə tutulmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu  İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “Təhsil Masası”  verilişində deyib.

 

“Müraciətləri nəzərdən keçirəndə biz görürük ki, vətəndaşların əsas istəyi Bakı, Sumqayıt, Abşeron ərazilərində yerləşən məktəblərə, yaxud Bakı ətrafı ərazilərdən paytaxtın mərkəzinə yerdəyişmə etməkdir. Bu səbəblə bizə müraciətlərin sayı çox olsa da, yekunda qarşılıqlı yerdəyişməsi baş tutan şəxslərin sayı elə də yüksək olmur”.