Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 10:40:00
"Xaricdə alınan distant təhsil diplomları tanınmalıdır"-Osman Gündüz 

"Reytinq cədvəlləri ali təhsildə rəqabət mühiti formalaşdırır. Bu mühitdə çox güclü xarici ali təhsil müəssisələri var. Məsələn,sadəcə Eskişehir Universitetinin aeroportu var. Bəzi universitetlərin bir fakultəsinə bizim bir universitetimizin binası həcmində yer verilib. Bu kimi universitetlərlə bizim ali təhsil müəssisələrimiz necə rəqabət aparsın?"

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Prezident qonşu ölkələrin universitetlərinin inkişaf səviyyəsinə diqqət çəkib:

 

"Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ilə biz ötən aylarda bəzi Türkiyə universitetlərində olduq. Qardaş ölkənin universitetləri sonra illərdə çox inkişaf edib. Burada həmçinin Qazaxıstan,Qırğızıstan universitetlərinə də diqqət çəkmək lazımdır. Bizim ali təhsil müəssisələrimizdə isə inkişafa nail olmaq üçün çox sayda addımlar atılmalı,mövcud problemlər aradan qaldırılmalıdır".

 


"Mən 6 ay Oklahoma Universitetində təhsil almışam. Universitet nümayəndələrinə məni distant mərkəzə aparmalarını dedim, böyük bir binaya yönləndirdilər. Hər bir lazımı vasitələrlə təchiz edilmiş, bütün şərait yaradılmış bu mərkəzdə təhsilə çox önəm verilir. Bizdə isə koronavirus səbəbilə universitetlərimiz müvəqqəti distant təhsilə keçdi,bir sıra problemlər yaşandı,tələbələr çətinlik çəkdi. Amma o bərbad distant təhsilin diplomları tanındı. Düşünün o diplomlar tanınır, amma Harvard kimi universitetin distant alınan diplomu tanınmır. Qanunda dəyişiklik edilməli,xaricdə alınan distant təhsil diplomları tanınmalıdır"-deyə,o bildirib.