Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 09:48:00
Fransa universiteti enerji böhranı səbəbindən əlavə 2 həftə bağlı olacaq  

 

Fransada enerji böhranı tədris ocaqlarına da təsir edib. Ölkədə hökm sürən enerji böhranı nəticəsində Strasburq Universiteti qış fəslində əlavə olaraq 2 həftə bağlı olacaq.

 

AzEdu.az xəbər verir ki, Strasburq Universitetinin idarə heyəti qış fəslində artan enerji qiymətlərinin öhdəsindən gələ bilmək üçün universitetin əlavə olaraq 2 həftə də bağlı olması qərarını təsdiqləyib. Universitetin rəhbəri Mişel Deneken hələ sentyabr ayında binanın gündəlik isidilməsinin universitetə 120 000 avroya başa gəldiyini bildirib.

 

Beləliklə, Strasburq Universiteti yanvar və fevral aylarında əlavə olaraq 2 həftə bağlı olacaq. Bu müddət ərsində universitet distant formada işləyəcək. Hökumətin əlavə xərclərin öhdəsindən gəlmək üçün universitetlərə 275 milyon avro ayırmasına baxmayaraq, bu məbləğin yalnız az bir miqdarının Strasburq Universitetinə çatacağı qeyd edilib. Universitetin hesablamalarına görə, 2021-ci ildə 10 milyon avroya başa gələn enerjinin 2023-cü ildə 36 milyon avro dəyərində olacağı göstərilir.

 

Qeyd edək ki, bu qərar yekdilliklə qarşılanmayıb.

 

Azərtac