Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 09:46:00
Direktor müavinlərinin işə qəbulu ilə bağlı ən çox verilən suallar - Cavabları

 

 

 

Sual 1: Dövlət ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqədə (bundan sonra – Müsabiqə) kimlər iştirak edə bilər?

 

Cavab: Müsabiqədə pedaqoji ixtisas üzrə ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

 

Sual 2: Pedaqoji ixtisas üzrə ali təhsilli və 3 ildən az olmayaraq pedaqoji stajı olan, lakin hazırda ümumi təhsil müəssisələrində işləməyən şəxslər müraciət edə bilərmi?

 

Cavab: Xeyr, müsabiqədə iştirak edə bilməz.

 

Sual 3: Direktor müavinlərinin işə qəbulu müsabiqəsində uşaq birliyi təşkilatı rəhbərləri, psixoloqlar, kitabxanaçılar(müdiri) iştirak edə bilərlərmi?

 

Cavab: Xeyr, İştirak edə bilməzlər.

 

Sual 4: Direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən  ibarətdir?

 

Cavab: Direktor müavinlərin işə qəbulu 4 (dörd) mərhələdən ibarət müsabiqə yolu ilə keçirilir:

- Qeydiyyat;

- Sənədlərin yoxlanılması;

- Test imtahanı;

- Müsahibə.

 

Sual 5: Müsabiqəyə sənədlərin qəbulu üçün qeydiyyat hansı qaydada həyata keçiriləcək?

 

Cavab: Müsabiqəyə qeydiyyat 2 formada aparılacaq. İştirak etmək istəyən namizədlər 01-05 noyabr tarixlərində tələb olunan sənədləri Regional Təhsil İdarəsinə təqdim etməklə və ya elektron qaydada https://bit.ly/3FjfY3z keçid linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 

Sual 6. Müsabiqədə iştirak üçün hansı sənədlər təqdim olunmalıdır?

 

Cavab: Müsabiqədə iştirak üçün aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Əmək kitabçasının surəti;

- Ali təhsil haqqında sənədin və əlavənin surəti təqdim olunmalıdır.

 

Sual 7. Namizədlər neçə vakant yer seçə bilərlər?

 

Cavab: Namizədlər elan olunmuş ümumi təhsil müəssisələri üzrə 4 vakant yerə səçə bilərlər.

 

Sual 8. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

 

Cavab: Namizəd haqqında məlumatların müsabəqinin şərtlərinə uyğunluğu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin sənədləri təsdiq edilir, həmçinin nəticə barədə sms vasitəsilə bildiriş göndərilir.

 

Sual 9. Mərkəzi Aran RTİ-nin əhatə etdiyi şəhər/rayonlar üzrə deyil, digər şəhər və rayonlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən müəllimlər Mərkəzi Aran RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindəki vakant olan yerlərlə bağlı müsabiqədə iştirak edə bilərlərmi?

 

Cavab: Bəli.

 

Sual 10. Test imtahanı mərhələsində namizədlərə hansı məzmunda test tapşırıqları təqdim olunacaq?

 

Cavab:Müsabiqəsinin test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq.

 

Sual 11. İmtahan neçə dəqiqə müddətində təşkil olunacaq?

 

Cavab: Test imtahanının müddəti 80 dəqiqə olacaq.

 

Sual 12. Müsabiqənin keçid balı nə qədərdir?

 

Cavab: Test imtahanında sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

 

Sual 13. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılacaq?

 

Cavab: Müsahibə mərhələsində namizdlərin vəzifə üzrə praktiki bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri 5 ballıq şkala ilə qiymətləndirilir. Ümumi orta bal 3 və daha yuxarı olduqda nəticə məqbul hesab olunur.

 

Sual 14. Hansı namizədlərə üstünlük tətbiq oluna bilər?

Cavab: Bir vakant yerə müsabiqədə uğur qazanraq eyni bal toplayan 1-dən çox namizəd olduğu halda aşağıda qeyd olunan üstünlük hüquqları tətbiq olunur:

 

-Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertfikatlaşdırma və ya diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə əldə etmiş şəxslərə və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş namizədlərə, həmçinin test imtahanı mərhələsində uğur qazanmış, lakin müsahibədə iştirak etməmiş namizədlərə üstünlük verilir.

 

Sual 15. Müsahibədə uğur qazanan, lakin vakant yer seçməyən namizədlər ehtiyat kadrlar siyahısına daxil edilirmi, edilərsə hansı müddəti əhatə edir?

 

Cavab: Bəli, həmin namizədlər 1 il müddətində ehtiyat kadr siyahısına daxil edilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları