Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-16 12:06:00
Azyaşlılara  kitab oxumağın inanılmaz faydaları  - Bağça müəllimlərinin diqqətinə      

Körpələr kitabları baxaraq, toxunaraq , açıb-bağlayaraq kəşf etməyə başlayır. Onlar uşaqların inkişafında, dünyanı mənimsəməsində ən yaxşı köməkçisi və dostudur.

 

 

AzEdu.az  uşaqlarda mütaliənin aşağıdakı faydalı cəhətlərini sizlərə təqdim edir:

 

 

Yaradıcılıq qabiliyyətini artırır

 

Uşaqlar böyük xəyallar qurmağı və təxəyyüllərini işlətməyi daha çox bacarırlar. Övladınıza kitab oxumaq ona tanımadığı insanları, görmədiyi yerləri, yaşamadığı zamanları və hadisələri təhlil etmək üçün öz təxəyyülünü istifadə etməyə kömək edir. 

 

 

  

Zehni  inkişafı gücləndirir  

 

Uşaqlar üçün elə kitab seçmək  lazımdır ki, körpənin zehni inkişafını dəstəkləsin.  Şəkilli, illüstrasiyalı kitablara üstünlük vermək daha yaxşıdır.

 

 

Yuxu rejimini düzəldir

 

 

Kitab yuxu sisteminin tənzimlənməsinə müsbət təsir edir. Xüsusilə fantastika janrı yuxudan əvvəl  sakitləşməyə kömək edir. Beləliklə uşaqlar daha yaxşı yatır və səhərlər özlərini daha gümrah hiss edirlər. Həmçinin,  hər gün yatmamışdan əvvəl yarım saat kitab oxumaq uşaqların məntiqi qabiliyyətini də  inkişaf etdirir.

 

 

Fiziki cəhətdən daha aktiv olurlar

 

Uşaqlar oxuduqları hər bir cümləni həmin dəqiqiə öz  beyinlərində canlandırırlar. Onlar özlərini hekayənin içində hiss edir və əsərin qəhrəmanları kimi ağıllı olduqlarını, hər şeyin öhdəsindən rahatlıqla gələ biləcəklərini düşünürlər.

 

 

    

Xarici dillərin öyrənilməsinə vasitə olur

 

Kitab oxumaq hər şeydən əvvəl uşağın dilinin inkişafına faydalıdır. Qeyd etmək lazımdır ki, dil və nitq qabiliyyəti uşaq hələ danışma yaşına gəlməzdən əvvəl inkişaf etməyə başlayır. Tədqiqatlar göstərir ki,  kitab oxuyan uşaqların  xarici dil bacarıqları daha güclü olur.

 

 

Son olaraq  qeyd edək  ki, Elektron kitablardan uzaq durun. Bu kitablar uşağın gözünə zərərli ola bilər. Həmçinin  pedoqoqlar və psixoloqlar 3-4 yaşa qədər uşaqların elektron vasitələrdən uzaq tutulmasını tövsiyyə edirlər.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları