Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 10:14:00
"Yeni prezident AMEA-da dönüş yaradacaq"-Akademiyanın MÜŞAVİRİ

Milli Məclisin Elm və təhsil komitəsinin sərd müavini, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

 

Bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

 

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

 

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

 

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

 

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

 

Yeni təyinatla bağlı AzEdu.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu İsa Həbibbəylini olduqca uğurlu təyinat hesab edib:”Reyasət Heyətinin iclası zamanı  İsa Həbibbəylinin lehinə səs verdim, çünki onu Azərbaycan elmi ictimaiyyəti yaxından tanıyır. O, həm təhsil sahəsində geniş təşkilatçılıq bacarığına malik, həm də elmi sferada yüksək potensiallı insandır. İsa müəllim 17 il ərzində Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Həmin zamanlarda dəfələrlə Naxçıvanda olmuşam, oranın Müdafiə Şurasının üzvü idim, hər dəfə gəldikdə təhsil sektorunda bir  yeniliklə rastlaşırdım. Bunu bütün ziyalı şəxslər və elmi ictimaiyyəti bilirdi. Misir Mərdanov islas vaxtı qeyd etdi ki, o, da həmin zamanlar Naxçıvandakı təhsil proseslərini yaxından izləyirdi”.

 

Möhsün Nağısoylu İsa Həbibbəylinin AMEA-ya yeniliklər gətirəcəyindən əmin olduğunu qeyd edib:”Düşünürəm ki, hazırda AMEA-da dönüş yaranacaq, çünki o, iki il ərzində tənəzzülə uğramışdı, intriqalar baş alıb gedirdi, iş prosesi dayanmışdı. Ölkə Prezidentinin sərəncamına əsasən, Elm və Təhsil Nazirliyi  yaradıldı. Burada  məqsəd elm və təhsilin inteqrasiyasını təmin etmək idi. İsa müəllim  AMEA-nın vitse-prezidenti vəzifəsində çalışırdı, olduqca işgüzar, daima hərəkətdə olan, obyektiv, ədalətli, milli ruhda, Azərbaycançılıq ideyalarına dərindən bağlı, Ulu Öndərin siyasətinə sadiq insan idi. Ona görə də iclasda iştirak edən 40 nəfərin hamısı İsa müəllimin leyhinə səs verdi. İsa Həbibbəyli çıxışı zamanı akademiyanın fəaliyyətində dönüş yaradacağını da qeyd etdi.

 

AMEA-nın nizamnaməsində  bir sıra yeniliklər var. Bütün bunlar deməyə əss verir ki, İsa müəllimin akademiyaya prezident seçilməsi olduqca uğurlu addım idi. Biz gələcəkdə onun tövhə və yeniliklərini görəcəyik və mən buna şəxsən inanıram".

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları