Azedu.az

434 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Dövlət İmtahan Mərkəzi

10 Oktyabr 2022, 13:15
434 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 11:25-dək olan məlumata görə, 434 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox