Azedu.az

Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər-VİDEO

5 Oktyabr 2022, 15:20
Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər-VİDEO

Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.

 

AzEdu.az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

 

Qeyd edək ki, görüntülər ilk olaraq sosial şəbəkədə yayımlanıb. 

 

 

Video

//youtube.com/shorts/X16yvsvkcww?feature=share

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox