Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 14:29:00
LDU-nun rektoru Beynəlxalq Müəllim Günü münasibəti ilə müəllimləri təbrik edib

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə müəllimləri təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Bu gün ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllim ən böyük bağbandır. Müəllim sönməyən günəşdir. Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.
Bu gün böyük fəxr və iftixar hissi ilə deyə bilərik ki, məhz müəllim ordusunun yetişdirdiyi gənc nəsil torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda əzm və dəyanətlə döyüşdü, qanı və canı bahasına 30 ilə qədər düşmən tapdağında qalan yurd yerlərimizi azad etdi, Qarabağ nisgilimizə son qoydu, indi də həmin torpaqları göz bəbəyi kimi qoruyur! Zəfər savaşında canlarından keçən qəhrəman şəhidlərimizi bu gün bir daha ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayıram.


Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sahəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir. Çox böyük qürur hissi ilə bildirirəm ki, Lənkəran Dövlət Universitetində hazırlanan pedaqoji kadrlar öz səviyyəsinə, peşəkarlığına, ən əsası, vətənpərvərliyinə görə daim seçilir.


“Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon).
Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,dogrunu görən,
Dünyanın möhtəsəm düzüdür Muəllim!
Əziz müəllimlər, bu gün sizin bayramınız, sizin gününüzdür. Hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək!"