Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 15:41:00
Bu qədər müəllim sertifikasiyadan kəsildi-Aqibətləri necə olacaq?  

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

 

12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

 

Nəticələrə əsasən, 59 nəfər müsahibə mərhələsində iştirak etməyib, 31 nəfər isə kəsilib.