Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 11:56:00
  “Dünən parta arxasından qalxanlar 30-40 ilin müəllimlərindən imtahan götürür” - NARAZILIQ

 

“Məktəblərdə  xoşagəlməz hallar baş alıb gedir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Yeni tədris ili bir neçə gündür ki, başlayıb. Maraqlıdır,  məktəblilərimiz daha çox hansı problemlərlə məktəbə başlayıblar?   Ümumiyyətlə, təhsil sahəsi  isə yeni tədris ilinə bir sıra problemlərlə qədəm qoyur.

 

Hafiz Hacıyev düşünür ki, təhsil sahəsinin problemləri olduqca qabarıq və həll olunması vaxt alanadır:

 

Bakı Tikiş Evinin qarşısında baş verən hadisə ilə bağlı xəcalət hissi keçirirəm. Çox təəssüf ki, ölkə təhsilinin durumu yaxşı deyil. Bununla bağlı təcili tədbirlər görülməlidir”.

 

O, qeyd edir ki, təhsil sahəsindəki problemlərin həlli üçün Elm və Təhsil Nazirliyində ciddi dəyişiklərə ehtiyac var:

 

”Yeni tədris proqramı həyata keçirmək üçün Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliyə ciddi ehtiyac var. Burada təhsil sahəsini bilməyən insanlar var. Bu sektora təhkim olan insanlar ciddi şəkildə düşünməlidir. Günümüzdə təhsilə ayrılan vəsaitin  kifayət qədər onun inkişaf etdirilməsinə çatır. Dünən parta arxasından qalxan insan 30-40 il ona dərs keçmiş şəxslərdən imtahan götürür. Məktəblərdə xoşagəlməz hallar baş alıb gedir, bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları