Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 09:10:00
“Bir uşağın məktəb xərci 500 manat civarındadır”- Ceyran belindəki ləvazimatlar

 

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq valideynlər uşaqlarına məktəb ləvazimatları almaq üçün təşkil olunan məktəbli yarmarkalarına üz tuturlar.

 

Bəs bu gün məktəbli ləvazimatlarının qiymətləri  ilə bağlı vəziyyət necədir?

 

Mövzu ilə bağlı təhsil jurnalisti Məzahir Məmmədli  fikirlərini AzEdu.az-la bölüşüb.

 

M.Məmmədlinin fikrincə, aztəminatlı ailələr bu məsələdə nəzərə alınmalıdır.

 

"Azərbaycanda  məktəb ləvazimatlarının qiyməti təəssüf  ki, qanunla tənzimlənmir. Yaxşı olardı ki, ən azından aztəminatlı ailələr bu məsələdə nəzərə alınsın.Ya, məktəb aztəminatlı ailələri öhdəsinə götürsün ya da,  imkanlı valideynlər tərəfindən bir büdcə yaransın ki, o büdcə aztəminatlı şagirdlərin məktəb ləvazimatları ilə təmin etsin".

 

Təhsil jurnalisti qeyd edib ki, ailənin büdcəsi məktəbli ləvazimatlarının qiyməti ilə adekvat deyil:

 

 "İndiki dövrdə  ailələrin büdcəsi məktəbli ləvazimatlarının qiyməti ilə adekvat deyil. Bir övladı məktəbə gedən ailənin çəkdiyi xərc 500 manat civarındadır. Düşünsək ki, bir ailədən iki,  bəzən üç  uşaq məktəbə gedir, bu zaman isə valideynin xərci  3 qat artır. Bu məbləği  isə bir ailə büdcəsi təmin edə bilməz.

 

Jurnalist məktəbli formalarının satışı ilə bağlı narazılığada toxunub:

 

"Nazir bildirdi ki, məktəbli formaları məcburi deyil. Amma bəzi məktəb direktorları tələblərinə görə, valideynlər məktəbli formalarını almağa məcbur olurdular. Məktəbli formalarını  əlbəttə ki, valideynlərin büdcəsinə uyğun deyil. Bilirik ki, inhisarçılıq baş alıb gedib.  Hazırda Binə, Sədərək kimi ticarət mərkəzlərində məktəbli formaları Bakı Tikiş Evindəki qiymətlərə nəzərən 10 azn daha baha satılır. Bu səbəbdən də BTE izdihamlar yaranır".-deyə qeyd edib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları