Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-09 17:26:00
Müəllim hazırlığındakı problemlər –“Ciddi addımlar atılmalıdır”

 

 

“Keyfiyyətli pedaqoji kadr hazırlığı ilə bağlı daha çox iş görülməli, addım atılmalıdır”.

 

Ali təhsil müəssisələrində pedaqoji ixtisaslara maraq getdikcə artır. Bu ixtisaslar üzrə keçid ballarının da yüksəlməsi buna nümunədir.

 

Hər il çox sayda pedaqoji kadr əmək bazarına addım atır, ancaq əksəriyyəti iş tapmaqda çətinlik çəkir.

 

MİQ müsabiqəsinin də təşkili və digər məqamlar ortaya bir sual çıxarır. Universitetlərimiz keyfiyyətli pedaqoji kadr hazırlığında nə dərəcədə uğurludurlar? Onların hazırlığını müxtəlif müəssisələr üzrə nə qədər uğurlu hesab etmək olar?

 

Milli Məclisin deputatı  Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında ölkəmizdə pedaqoji kadr hazırlığını dəyərləndirib:

 

“Son illərdə bir sıra yerli ali təhsil müəssisələrimiz təhsildə müəyyən uğurlar, irəliləyişlər əldə etsələr də, bütün universitetlərimizin keyfiyyətli təhsil verdiyini rahatlıqla söyləyə bilmirik. Hesab edirəm ki, Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin yüksəldilməsilə bağlı çox sayda görülməli iş var. Müəyyən irəliləşlər əldə edən universitetlərlə paralel bəzi ali təhsil müəssisələrimizdə də keyfiyyətin aşağı endiyini görürük. Ölkəmizdə pedaqoji kadr hazırlığı tam uğurlu deyil. Universitetlərin bəziləri bu istiqamətdə çalışırlar, müəyyən işlər görürlər. Amma ümumilikdə keyfiyyətli pedaqoji kadr hazırlığı ilə bağlı daha çox iş görülməli, addım atılmalıdır”.

 

Deputat məsələ ilə bağlı zamanında ciddi addımların atılmalı olduğunu söyləyib:

 

“Pedaqoji ixtisasların tədris edildiyi universitetlərdə təhsil müasir çağırışlara cavab verməlidir. Yəni universitetlər gənclərə sadəcə nəzəri bilikləri deyil, eyni zamanda təhsilalanlarla iş metodlarını, yeni tədris üsullarının tətbiqini də öyrətməlidirlər. Düşünürəm ki, bu baxımdan daha çox səy göstərməli, daha yaxşı, keyfiyyətli kadrların yetişdirilməsinə çalışmalıyıq. Bu bir reallıqdır. Universitetlərimiz də bu istiqamətdə daha çox addımlar atmalıdırlar ki, biz bütün bu hədəflərə nail ola bilək. Əgər biz hər şeyin yaxşı və qaydasında olduğunu desək, bir müddət sonra daha ciddi problemlərlə üzləşə bilərik”.

 

“Peşəkar, savadlı, müasir informasiya texnologiyalarına bələd olan, yüksək intellektə malik kadrlar yetişdirmək universitetlər üçün ən vacib məsələ olmalıdır”-deyə, o qeyd edib.