Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 13:15:00
Elmlər doktoru adı ləğv olunsun-İDDALI TƏKLİF

Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.



Fərmana əsasən, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Yeni nazirlik və yaradılan agentliklərlə bağlı düşüncələrini AzEdu az-la bölüşüb

 

 

"Elm və təhsil nazirliyindən gözləntim odur ki, bu sahələr üzrə yüksək inkişaf olsun. Mən cənab prezident tərəfindən bunun davamını gözləyirəm. Əgər Azərbaycanda həqiqətən da elmi inkişaf etdirmək, elmi nailiyyətlər əldə etmək üçün cənab prezident SSRİ-dən bizə qalan bəzi nüansları ləğv etməlidir".

 

O, yeni nazirliklə bağlı təkliflər irəli sürüb:


"İlk olaraq mütləq komitələr ləğv edilməlidir. Həmin komitənin səlahiyyətlərini elm və təhsil nazirliyinin tabeliyinə vermək olar. Təsəvvür edin ki, elmi iş yazan şəxşi Attestasiya komitəsindəki ekspertlər tərəfindən qəbul etmirlər. Niyə? Belə çıxır ki, AMEA universitetlər və digər elmi mərkəzlərin alimlərindən zəifdirlər, ali attestasiya komitəsinin alimləri güclüdür. Xeyr, sadəcə olaraq Aliattestasiya komitəsi bürokratik əngəllər yaradaraq Azərbaycan alimlərinin qarşısını kəsir. İkili müdafiə də ləğv edilməlidir. Bu ierarxiyaya son qoyulmalıdır". 

 

Elmlər doktoru adını alanların içlərində çoxları var ki, heç onların elmə aidiyyəti yoxdur.


"Elmlər doktoru olmuş adamların əksərinin öz işindən xəbərləri yoxdur. Elmi işlərdə ciddi plagiat faktları yoxlanılmalıdır. Ən əsası da budur ki, elmlər doktoru adı ləğv olunsun. Dünya ölkələrindən sadəcə Rusiya və bizdə bu ad qalıb".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları