Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 11:18:14
Təhsil sistemi sərt karantin rejiminə hazırdır?-Dərslər bu cür keçiriləcək

Avropanın bir çox ölkələrində COVID-19-un yeni mutasiyalarının yayılması, eləcə də peyvənd gecikmələri səbəbindən virusa yoluxanların sayında artım müşahidə olunur. Həmçinin son günlər ölkəmizdə də koronavisa yoluxma sayı artmaqda davam edir.

 

 Yoluxma artmaqda davam edərsə təhsil müəssisələrinin qapadılmasına gedilə bilərmi?

 

 "Payız aylarında yoluxma sayı arta bilər, amma bu o demək deyil ki, bütün məktəblər bağlanacaq".

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Nazir sentyabrdan məktəblərin bağlanacağı ilə bağlı iddialara cavab verib:

 

"Pandemiya müddətində təhsilin təşkili ilə bağlı bizim artıq iki illik təcrübəmiz var. Ötən il yoluxma sayı daha çox idi, amma biz təhsilini əyani təşkilini təmin edə bildik. Sadəcə koronavirusa yoluxma halının daha çox müşahidə olunduğu siniflərdə və məktəblərdə əyani tədris dayandırılıdı. Amma ümumilikdə ölkə üzrə təhsilin təşkilində ciddi problemlər olmadı. Düşünürəm ki, bu il də yoluxma artacağı təqdirdə, biz yararlanacağıq".

 

Yusif Eyvazlı