Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 10:36:00
Rəşad Nəbiyev Naxçıvan Dövlət Universitetində olub-FOTO

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan Dövlət Universitetində olub.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev paylaşım edib.

 

Paylaşımız təqdim edirik:

 

“Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və başçılıq etdiyi nümayəndə heyətinə informasiya kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən işlər və ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri barədə məlumat verildi. Universitetdə İnformasiya texnologiyaları, Komputer muhəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Riyaziyyat və informatika müəllimliyi olmaqla ümumilikdə 5 ixtisas üzrə İnformasiya-kommunikasiya Texnologiyaları sahəsində kadr hazırlığı həyata keçirilir. Bundan başqa müvafiq ixtisaslarda Nanotexnologiyalar fənninin dərs planına salınması istiqamətində lazımi işlərin görüldüyünü və yeni tədris ilindən bu sahədə tədrisin aparılacağı diqqətə çatdırılıb”.

 

“Görüşdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İKT sahəsində yüksək ixtisaslı mütəxəsisslərin hazırlanması imkanları və bu prosesdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verə biləcəyi dəstəklə bağlı məlumat verdi”-deyə, rektor qeyd edib.