Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 13:25:00
DİM doktorantura və dissertantura səviyyəsində yenidən imtahan vermək istəyənlərə müraciət EDİB

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər. Məlumat üçün qeyd edək ki, imtahan saat 10:00-da başlanacaq.

 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

 

Qeyd: Hazırda danışıq bloku üzrə imtahan nəticələrinin yoxlanılması davam edir və bütün bloklar üzrə nəticələr 7 iyulda keçiriləcək ikinci imtahandan sonra bir yerdə elan olunacaq. İkinci imtahanda iştirak üçün ərizə ilə müraciət edən namizədlər danışıq bloku üzrə imtahandan topladıqları baldan asılı olmayaraq 7 iyulda keçiriləcək imtahana buraxılırlar. Lakin bal məhdudiyyəti yenə də qüvvədədir. Yəni nəticələr elan olunduqdan sonra ümumi və bloklar üzrə (o cümlədən danışıq bloku) bal məhdudiyyətini ödəməyən namizədlər növbəti mərhələyə buraxılmayacaqlar.