https://www.zirve.edu.az/
12.03.2018 14:22
"Sovet dövründəki o ənənəni geri qaytarmaq lazımdı”– Timuçin Əfəndiyev
Çap et

 “Məktəblərdə ümumtəhsil fənləri ilə yanaşı, incəsənət, mədəniyyət tarixi az da olsa keçirilməlidir. Mütləq sovet dövründə aktiv fəaliyyət göstərən dərnəkləri yenidən bərpa etmək lazımdır”.

Bunu AzEdu.az-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev deyib. Sayta “Danışır rektor” layihəsi çərçivəsində geniş müsahibə verən professor həm rəhbəri olduğu ali təhsil ocağı, həm sənətyönümlü ali təhsilin hazırkı durumu, həm də ümumən, Azərbaycan təhsili barəsində danışıb. Timuçin Əfəndiyev orta təhsil müəssisələri üçün bəzi təklif və tövsiyələrini də verib:

“Gənc aktyorlar, rəqqasları məktəblərdə təşkil olunan dərnəklərə dəvət etmək lazımdır. Mən akademik tanıyıram ki, çox gözəl kimyaçıdır, amma saatlarla yaxşı şeir demək qabiliyyəti var. İxtisasından asılı olmayaraq, kiminsə yaxşı ziyalı, yaxşı sənət bilicisi olması onun məktəb illərindən başlayır”.

AzEDU.az professor Timuçin Əfəndiyevlə geniş müsahibəni tezliklə oxuculara təqdim edəcək.