Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 13:51:00
10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təlimlər davam edir

ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər davam edir.

 

AzEdu.az xəbər verir ki, 23 iyundan etibarən başlayan budəfəki təlimlərdə 178, 154, 35, 18 və 51 nömrəli tam orta məktəblərin müəllimləri iştirak ediblər.

 

Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun olaraq onlara metodik dəstəyin göstərilməsi, eyni zamanda müəllimləri Azərbaycan dili, riyaziyyat fənləri, metodika və pedaqogika istiqamətində yeni metod və yanaşmalarla tanış etməklə onların bilik və bacarıqlarının artırılmasdır.   

 

Keçirilən təlimlərdə “Oxuyub-anlama bacarıqlarının artırılması”, “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli”, “Dil qaydaları” mövzuları öz əksini tapıb, müəllimlərə Sertifikasiya imtahanına hazırlıq istiqamətində dəstək göstərilib.  Təlimçi qismində isə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva iştirak ediblər. Təlim zamanı adıçəkilən mövzular üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlara uyğun qrup işləri həyata keçirilib.