Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 11:24:00
Mərhum akademikin AMEA ilə bağlı son sözləri – “Xəstəyəm, ora ilə heç maraqlanmıram”

 

 

 

Bu gün Azərbaycanın tanınmış alimi, fizika-riyaziyyat elmləri doktoru, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayev vəfat edib.

 

AzEdu.az xəbər verir ki, akademik 88 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, mərhum akademik son açıqlamasını bir neçə ay bundan əvvəl AzEdu təhsil portalına verərək, səhhəti və AMEA-dakı son proseslər barədə danışmışdı.

 

Uzun müddət idi ki, səhhəti ilə əlaqədar AMEA-dan kənarda qalan mərhum akademikin son  açıqlamasında elmi qurumla bağlı nələri deməsi yəqin, hər kəsə maraqlı olar.  

 

 

 E. Salayev AMEA-da son vaxtlar baş verən hadisələrə fikir bildirməsinin düzgün olmadığını qeyd etmiş və bunu belə açıqlamışdı:

 

 

“Hazırda AMEA-da baş verən proseslərə qarışmaq istəməzdim. Bu, onların öz daxili məsələsidir. Orada rəhbərlik və işçilər fəaliyyət göstərir, ona görə də bu məsələlərlə bağlı danışmağım düzgün olmazdı.

 

 

25 ildən çoxdur ki, AMEA-dan uzaqlaşmışam, ona görə də çox maraqlanmaq imkanım olmur, lakin hərdən orada baş verənləri izləmək şansı əldə edirəm. Amma  xəstə olduğum üçün prosesləri dərindən incələyə bilmirəm, çünki səhətimlə bağlı müalicə alıram”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları