Azedu.az

İki nəfərlik “Son zəng” –Bu kənddə məktəbi cəmi iki şagird bitirdi (FOTO)  

16 İyun 2022, 18:00
İki nəfərlik “Son zəng” –Bu kənddə məktəbi cəmi iki şagird bitirdi (FOTO)  

Bu il Şabran rayonunun Qələgah kənd məktəbini cəmi 3 nəfər bitirib. IX illik məktəbin məzunlardan birinin səhhətində problem yarandığından məktəbdə 2 nəfər üçün “Son zəng” çalınıb. 

 

Bu barədə məktəbin direktoru Pərvanə Aslanova məlumat verib.

 

O bildirib ki, artıq məzunlar orta ixtisas məktəblərinə seçimlərini ediblər: “Məktəbimizi bitirən 3 nəfər imtahan verib özlərinə görə müəyyən bal toplayıblar. Şagirdlərimizin topladıqları ballar liseyə qəbula imkan verir. Seçimlər avqustda olacaq deyə hələ ki, gözləyirik. Şagirdlərimizdən biri C. Naxçıvanski adına liseyə səndlərini verib, komissiyadan keçib, iyulun sonunda imtahanı olacaq. Biz 2 nəfər də olsa, onlar üçün “Son zəng” tədbiri keçirməliyik”.

 

Qeyd edək ki, sözügedən məktəb 9 illik olduğundan təhsilini davam etdirmək istəyənlər qonşu Dağbilici kənd tam orta məktəbinə və ya rayon mərkəzindəki məktəblərə üz tuturlar.

 

Qələgah məktəbində “Son zəng” tədbirindən fotoşəkilləri təqdim edirik:

 

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox