AMEA prezidentinin “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncamına əsasən akademiyada iyunun 1-dən etibarən yay imtahan sessiyasına başlanılıb.
Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, yay imtahan sessiyası müddətində AMEA-da təhsil alan I kurs magistrantlar tədris planı üzrə nəzərdə tutulmuş fənlərdən imtahan verəcəklər. Bütün imtahanlar yazılı formatda keçiriləcək. Müəyyən olunmuş qrafikə əsasən yay imtahan sessiyası ərzində ümumilikdə AMEA-nın 19 elmi müəssisəsində 108 fənn üzrə imtahan təşkil olunacaq.
İmtahan sessiyası iyulun 5-dək davam edəcək.