Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 09:00:00
AMEA-da prezident seçkiləri niyə ləngiyir? - Vitse-prezidentdən  açıqlama

 

 

“Yaxın zamanlar üçün  Reyasət Heyəti tərəfindən AMEA prezidentinin seçilməsi ilə bağlı  qərar qəbul edilməyib”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik  İsa Həbibbəyli deyib.

 

Belə ki, fevral ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyinat olmayıb.

 

İsa Həbibbəyli  prezident seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib:

 

“Akademiyada  prezident seçkilərinin keçirilməsini onun Ümumi yığıncağı müəyyən edir. Hələ ki,  belə bir qərar verilməyib. Şübhəsiz ki, AMEA-nın rəhbəri seçilməlidir. Lakin yaxın zamanlar üçün  Reyasət Heyəti tərəfindən belə bir qərar qəbul edilməyib. Amma dəqiq nə zaman prezidentin seçiləcəyini heç kimin proqnozlaşdırması mümkün deyil. Çünki bunun  üçün akademiklərin ümumi rəyinin verilməsi lazımdır. Lakin mənim bu barədə proqnoz verməyim də düzgün olmazdı.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olacaq şəxs  ümumi ölkə miqyasında  əsl elm adamı kimi cəmiyyətin bütün şəxsləri tərəfindən qəbul edilməlidir. İkinci isə onun yüksək təşkilatçılıq qabiliyyəti olmalıdır, sonra isə  dünya elminə çıxış yaratmalıdır ki, elmimiz  tanınsın. Həmçinin,  xarici ölkələrdə bizi təmsil etməlidir. Belə şəxslər ölkəmizdə kifayət qədərdir. Onların sayı bir yox, çoxlu miqdardadır. Bu şəxslər elmin müxtəlif sahələrində təmsil olunur.

 

 

Hər AMEA prezidentinin yaxşı və pis cəhətləri olub. Müxtəlif dövrlər üçün çətinliklər mövcud olub. Yeni gələn prezident də keçmişin  dərslərindən nəticə çıxarıb ortaq  mövqeyə gələrək yeni vaxtın reallıqları nəzərə almalı və buna uyğun hərəkət etməlidir”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları