Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 14:28:00
UNEC-in nümayəndələri Qərbi Makedoniya Universitetində olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Erasmus+ mübadilə proqramı çərçivəsində Yunanıstanın Qərbi Makedoniya Universitetində olub.

 

AzEdu.az xəbər verir ki, Səfər çərçivəsində nümayəndə heyəti Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulids və MOGMAT proqramının direktoru professor  Evangelos Siskos ilə görüşüb. Görüş zamanı prof. Theodoros Theodoulids universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, universitet Yunanıstanın iqtisadi inkişafının, o cümlədən “yaşıl iqtisadiyyat” və innovasiyanın inkişafına dəstək göstrərək, bu istiqamətdə uğurlu beynəlxalq layihələrlə çıxış edir. Rektor UNEC ilə Qərbi Makeqoniya Universiteti arasında həyata keçirilən “Neft və qazın menecmenti və nəql edilməsi” (MOGMAT)  üzrə birgə magistr proqramının əhəmiyyətindən də söz açıb. Bu istiqamətdə işlərin uğurla davam etdirildiyini, 2016-ci ildən start verilən proqtamdan indiyədək 38 nəfərin diplom aldığını magistrin birgə proqramın məzunu olduğunu, bu il isə 135 nəfərin isə məzun olacağının gözlənildiyini deyib. O, proqram çərçivəsində hər iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatların da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Proqramın məzunlarının Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə etdiklərini xüsusi vurğulayıb.

 

UNEC-in İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının müdiri Sevər Məmmədova, UNEC İmtahan mərkəzinin direktoru Söhrab İsayev, Tələbə işləri üzrə mərkəzin direktoru Xalidə Yusifova, Rus iqtisad məktəbinin direktoru Mənsur Bərxudarov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, rektorun köməkçisi Şamil Əliyevin iştirakı ilə keçirilən görüşdə hər iki universitet arasında  əməkdaşlığın genişləndirilməsi, bakalavr səviyyəsində “Beynəlxalq ticarət və logistika”, “Dizayn” ixtisasları üzrə mübadilə və ikili diplom proqramlarının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə əməkdaşlığın hər iki universitet üçün uğurlu olacağı qeyd edilib.

 

Erasmus+ proqramı çərçivəsində UNEC-in struktur rəhbərləri Qərbi Makedoniya Universitetinin müvafiq departamentlərinin iş fəaliyyəti ilə də tanış olublar, UNEC-də tətbiq edilən yenilikəri həmkarları ilə bölüşüblər.

 

Xatırladaq ki, UNEC Yunanıstanda birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir. UNEC ilə Qərbi Makedoniya Universiteti arasındakı “Neft və qazın menecmenti və nəql edilməsi” (MOGMAT) üzrə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən Yunanıstanda tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatlar aparılır. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5  il müddətinə uzadılıb.