Azedu.az

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib  

Dövlət İmtahan Mərkəzi

23 May 2022, 14:40
Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib  

Mayın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclaslarda gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. Kitabçalar dərsliklərlə müqayisəli təhlil edilib.

 

İclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Onların hər biri meyarlar əsasında dərsliklərin elmi metodik monitorinqi ilə bağlı hazırladıqları nəticələri təqdim edib. Növbəti mərhələ üçün onlara mətnlərin seçilməsi, mətn əsasında tapşırıqların hazırlanması tapşırılıb.

 

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox