Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 09:37:00
Məktəblər bağlandı - Uçuşlar təxirə salındı

İraqda güclü qum fırtınası səbəbindən bəzi dövlət məktəbləri, ofislər bağlanıb, Bağdad Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb.

 

AzEdu.az  xəbər verir ki, paytaxt Bağdadda, səhiyyə xidmətləri istisna olmaqla, dövlət qurumlarında istirahət günü elan edilib.

 

Yerli səhiyyə orqanlarının məlumatına görə, paytaxt və ölkənin cənubunda yüzlərlə insan nəfəs almaqda çətinlik problemi ilə xəstəxanalara müraciət edib.

 

Bağdad Beynəlxalq Hava Limanından verilən açıqlamada görmə məsafəsinin aşağı olması səbəbindən hava məkanının bağlandığı və bütün uçuşların növbəti bildirişə qədər dayandırıldığı bildirilib.

 

BMT-nin məlumatına görə, İraq iqlim böhranından əziyyət çəkən ölkələr sırasında beçincidir. Quraqlıq və həddindən artıq yüksək temperatur əkin sahələrini qurudur və İraqın böyük bir hissəsini yay aylarında yaşamaq üçün çətin vəziyyətə salır. (Modern.az)