Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 17:58:00
Gəncə Regional Təhsil İdarəsinin müdiri: “Yayda işlərimiz daha çox olacaq”

  

Yeni yaradılan Regional Təhsil İdarələrinin rəhbərlərinin təyinatı başa çatıb, həmçinin, təqdimat mərasimləri keçirilib.

 

Kollektivə təqdim edilən idarə rəhbərləri gələcək fəaliyyət planları istiqamətində müzakirələrə start veriblər.

 

Gəncə Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev AzEdu.az-a açıqlamasında yeni təyinatdan sonra ilkin fəaliyyət planı haqqında danışıb:

 

 “Hazırda tranformasiya işləri aparılır, əsasən texniki məsələlər həll edilir. Daha sonra isə regionun bütün sektor müdirlərilə birlikdə stratejik planın üzərində çalışacağıq. Nümunəvi əsasnaməyə uyğun olaraq Gəncədə, Samuxda, Göygöldə, Naftalanda, Goranboyda, Daşkəsəndə görəcəyimiz işlərin müzakirəsini aparacaq və bizə yol xəritəsi olacaq sənədi hazırlayacağıq. Artıq tədris ilinin sonuna yaxınlaşırıq. Yay müddətində işlərimiz daha çox olacaq, çünki şəbəkə, dərs bölgüsü və s. vacib işlər həyata keçirilməlidir ki, yeni tədris ilinə görülən işlər əsasında start verilsin”.

 

İdarə rəhbəri 3 müxtəlif planın hazırlanacağını bildirib:

 

“Bizim qısa, orta və uzunmüddətli planlarımız olacaq. Bütün bunlar ətrafında ümumi müzakirələr aparıldıqdan sonra kollektiv şəkildə görəcəyimiz işlərə qərar verəcək, yol xəritəmizi müəyyənləşdirəcəyik. Nəticədə yeni yaradılan qurumun regionun təhsil mühitinə faydalı olması üçün ciddi addımlar atılacaq”.