Azedu.az

Bakıda 9 marşrutun hərəkəti dəyişdi

AzEdu Təhsil Platforması

14 Avqust 2026, 18:59
Bakıda 9 marşrutun hərəkəti dəyişdi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə AzEdu.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır
Son xəbərlərDaha çox