Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 16:38:00
“Şagird intiharlarına son qoyulması üçün məktəb psixoloqlarına şərait yaradılmalıdır”-ETİRAZ

 

 

“Şagird intiharlarının səbəbi məktəb psixoloqlarına şərait yaradılmamasıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Neftçala rayon Şirvanlı kənd tam orta məktəbinin  psixoloqu Elmir Tağıyev deyib.

 

Belə ki, son zamanlar şagirdlərin intihara cəhd etməsi kimi məsələlər gündəmə gəlməkdədir.

 

Elmir Tağıyev bu kimi halların bir sıra aspektlərdən qaynaqlandığını vurğulayıb.

 

Onlardan ilki bullinq əsaslı psixoloji şiddətdir:

 

“Təhsil Nazirliyi tərəfindən bullinq təlimləri keçirilib. Lakin bu məsələ ilə bağlı məktəblərdə heç bir qərar təsdiqini tapmayıb. Çünki intihar hallarının əsas səbəblərindən biri də bullinq qaynaqlı məsələlərdir. Həmin şagirdlərlə işləmək və onların psixoloji problemlərini həll etmək lazımdır. Məktəblərdə çətin tərbiyə olunan şagirdlər var. Onlarla psixoloqlar daha yaxından ünsiyyətdə olmalı və problemlərinin həlli istiqamətində tədbirlər görülməlidir. Bu şəxslərlə daha geniş işləmək lazımdır. Məktəblərdə psixoloji maarifləndirmə aparılmalıdır. Psixoloqlar üçün əlavə təlimlər həyata keçirilməlidir.

 

İntiharlarla bağlı bir çox layihələr yazıb vermişik, lakin  onların çoxu kağız üzərində qalıb. Ona görə də şagirdlər arasında bu kimi hallar çoxalıb. Şagirdlərə intiharın və onun nəticələri barədə məlumatlar verilməlidir. Çünki özünü öldürmə zamanı çox insan ona cəhd edir. Lakin həmin şəxs xilas edilə bilər. Qarşısı alınsa, çox insan ölməz və bu intiharların  önünə keçilə bilər. Çünki uşaqlar özlərinə ziyan verməyə çalışırlar. Bu tip şəxslərlə psixoloqlar məşğul olmalıdır. Onlarla genişmiqyaslı və vacib təlimlər aparılmalıdır”.

 

Psixoloq qeyd edir ki, intiharların əsas səbəblərindən biri məktəb psixoloqlarının şagirdlərlə vaxt keçirə bilməməsidir:

 

“Psixoloqlar şagirdlərlə işləməlidir. Bunun üçün  onlara müəyyən vaxt və dərs saatı tipində zaman ayrılmalıdır. Lakin bu hazırda mümkün deyil. İntihara cəhd edən uşaqla işləmək üçün  7-14 seans tətbiq edilməlidir. Bu kimi prosedurlar intihara cəhdin qarşısını alacaq. Seansın biri 45 dəqiqə olmalıdır. Lakin bizim məktəblərdə psixoloqlar üçün bu kimi şəraitlər yaradılmır.

 

Onlara dərs saatı verilməli, ya da  şagirdlərlə  fərdi məşğul olmaq üçün məşğələlər ayrılmalıdır. Psixoloqlar adətən, dərslərə daxil olaraq 10 dəqiqə ümumi şəkildə məsləhət xarakterli tövsiyələr verirlər. Belə halda onlar bütün uşaqlarla işləməli olurlar. Bunun aspekti yoxdur, hər bir şagirdə əlavə vaxt ayrılmalıdır. Psixoloqların şagirdlərlə işləməsi  üçün əlavə vaxt ayrılmır. Şagirdlər yalnız  4-5 saat dərs keçib evə gedirlər, onların mənəvi vəziyyəti yoxlanılmır. Ona görə də  hər hansı problemli situiasiya ilə üzləşəndə intihara meyl  edirlər. Təhsil Nazirliyi  tərəfindən bu kimi məsələlərə  yer verilməlidir.

 

Psixoloqlara şərait yaradılmalı və onlar üçün saat ayrılmalıdır. Bunu isə Təhsil Nazirliyi tənzimləməlidir. Çünki direktor və təhsil şöbələri məsələnin öhdəsindən gələ bilmir. Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə aid edilən proqram hazırlanmalıdır. Çünki intiharların qarşısını yalnız psixoloqlar ala bilər. Heç kim sağlam düşüncə ilə intihar etmir. Bu, psixoloji problemlə bağlıdır. İnsan hansısa məsələdə psixoloji olaraq cavab tapa bilmədikdə həmin yol əl atır”.

 

Elmir Tağıyev ailədaxili problemlərin də şagirdlərə təsir etdiyini deyib:

 

“Həmçinin, ailədaxili problemlər də intihara yol açır. Şiddətə məruz qalan şagirdlər risk qurupuna daxil olduqları üçün onlarla işlənilməlidir”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları