Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 12:13:00
Buraxılış imtahanlarında əsas narazılıq BUNUNLA bağlıdır-Sorğunun nəticələri

 

AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı keçirilən həftəlik sorğuları davam edir.

 

Növbəti sorğu bu il narazılıqların çox olduğu buraxılış imtahanlarında ən çox rast gəlinən problemlər istiqamətində həyata keçirildi. Bunun üçün iştirakçılar təqdim edilən kateqoriyalarda, bu mövzuda üzləşdikləri problemlərdən birinə səs verərək sorğuda iştirak etdilər.

 

Sorğunun nəticələrinə əsasən, imtahanlarla bağlı ən çox narazılıq sualların çətinlik səviyyəsi və açıq sualların yoxlanılması mövzusundadır:

 

  • Sualların çətinlik səviyyəsi – 23,3%
  • Açıq sualların yoxlanılması ilə bağlı narazılıq – 19,3%
  • Ümumi nəticələrin hesablanması – 10,6%
  • Cavabların tələbələr tərəfindən yoxlanılması – 10%
  • Digər problemlər – 10%
  • Zal nəzarətçilərinin imtahan otağındakı sərt rəftarı və qeyri-peşəkar fəaliyyəti – 9,33%
  • Qapalı sualların yoxlanılması ilə bağlı narazılıq – 8,66%
  • İmtahan zamanı yaşanan texniki problemlər – 8,66%