Azedu.az

Rusiya və Belarusiya Bolonya prosesindən ÇIXARILIR

14 Aprel 2022, 10:35
Rusiya və Belarusiya Bolonya prosesindən ÇIXARILIR

 

Boloniya İzləmə Qrupu Rusiya Federasiyasının və Belarusiyanın Boloniya prosesində, eləcə də bütün işçi qruplarında, Avropa Ali Təhsil Sahəsinin strukturları və iş proqramının bütün digər istiqamətlərində təmsilçilik hüququnu dayandırmaq qərarına gəlib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil naziri Sergey Şkarlet məlumat yayıb.

 

Nazir bunu Ukraynanın qələbəsinə doğru addımlardan biri adlandırıb.

 

Qərar Boloniya Prosesinin 39 hökumət və 6 məsləhətçi üzvü, həmçinin Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin imzaladığı müvafiq bəyanata əsaslanır.

 

 

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox