Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 10:36:00
Xaricdə öz hesabına təhsil alanları sevindirəcək XƏBƏR

Xaricdə təhsil üzrə Dövlət Proqramına hazırda xaricdə təhsil alan şəxslər də daxil edilə bilər. 

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda danışıb.

 

Nazirlik rəsmisi qeyd edib ki, “2007-2015-ci il” Dövlət Proqramında əvvəldən təhsil alan şəxslərin sonradan maliyyələşməsi təcrübəsi olub:

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olunana qədər təhsil alan şəxslərin sonradan maliyyələşdirilməsinin mümkün olub-olmayacağı məsələsinə aydınlıq gətirilib. Ümid edirik ki, seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq”.